AZ

Quru öskürək ağır xəstəliyin xəbərçisi ola bilər

Quru öskürək hər zaman soyuqdəymə və ya bronxit göstəricisi deyil.

Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı cərrah Aleksandr Umnov danışıb.

O bildirib ki, bu simptom bəzən ürək xəstəliklərindən xəbər verir. Tibbdə buna "ürək öskürəyi" deyilir və o, adətən qəfil başlayır.

Ağciyərlər qan dövranı sistemi ilə birbaşa bağlıdır. Ürəkdə problem olanda ağciyərlərdə qan dövranı pozulur və maye yığılır. Nəticədə orqanizm buna reaksiya verərək öskürək yaradır. Bu hal xüsusilə gecələr uzanıqlı vəziyyətdə və ya fiziki aktivlik zamanı özünü daha qabarıq büruzə verir.

Həkimin sözlərinə görə, sistematik öskürək ürəyin qanı normal qovmadığını göstərir. Bu vəziyyət müalicə olunmadıqda ağciyər toxumasının zədələnməsinə və nəfəs darlığına yol açır. Belə şikayətlər ürək qüsurları, işemiya və ya hipertoniya kimi ciddi diaqnozların xəbərçisi ola bilər. Xüsusilə yaşlı şəxslər bu simptoma qarşı diqqətli olmalı və vaxtında müayinədən keçməlidirlər.

İsmayıl
Demokrat.az

Seçilən
61
1
demokrat.az

2Mənbələr