UEFA Çempionlar Liqasının finalında PSJ-nin “Arsenal” üzərində qazandığı qələbə Fransada iğtişaşlara səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Paris və digər şəhərlərdə minlərlə azarkeş qələbəni qeyd etmək üçün küçələrə axışıb. Lakin bəzi ərazilərdə bayram şənliyi kütləvi qarşıdurmalarla əvəzlənib. Paytaxtda avtomobillərin yandırıldığı, mağazaların qarət edildiyi və obyektlərə ciddi ziyan vurulduğu bildirilir.
Polis asayişi bərpa etmək üçün hadisələrə müdaxilə etməli olub. Vəziyyəti nəzarətə almaq məqsədilə bəzi bölgələrdə gözyaşardıcı qazdan istifadə edilib. Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, vandalizm və ictimai qaydanı pozmaqda şübhəli bilinən yüzlərlə şəxs saxlanılıb.
Toqquşmalar zamanı polis əməkdaşları və mülki vətəndaşlar arasında xəsarət alanların olduğu qeyd edilir. Hazırda vəziyyətin nəzarətə götürüldüyü bildirilsə də, bəzi şəhərlərdə gərginlik davam edir.
İsmayıl
Demokrat.az
1Mənbələr