AZ

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var

Fransa polisi Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra bir neçə şəhəri bürüyən iğtişaşlar zamanı 416 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AFP xəbər agentliyi Fransanın daxili işlər naziri Loran Nunezə istinadla məlumat yayıb.

Nazir, həmçinin iğtişaşlar zamanı 7 polis əməkdaşının yaralandığını bildirib.

Seçilən
25
6
azerbaijan-news.az

10Mənbələr