AZ

Krımda yanacaq çatışmazlığı: Benzin talonla satılır

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sevastopolda bu gün Aİ-92 və Aİ-95 benzinlərinin satışı talonlarla həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Sevastopolun qubernatoru Mixail Razvojayev məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında TES yanacaqdoldurma məntəqəsində yanacaq satışına başlanılıb və bir neçə saat ərzində gün üçün ayrılmış bütün limit tükənib:

“Buna görə də, bu gün Sevastopolda Aİ-92 və Aİ-95 benzinləri talonlarla satılacaq. Bu, yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatlarının artırılması üçün zəruri olan müvəqqəti tədbirdir”.

Qubernator bildirib ki, Sevastopola yanacaq tədarükündəki çətinliklər təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və logistika marşrutlarının optimallaşdırılması zərurəti ilə əlaqədardır.

Qeyd edək ki, Krımda dünəndən etibarən Aİ-95 markalı benzinin talonla satışına başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
axar.az

1Mənbələr