AZ

Mahir Emreli üçün üç klub sıradadır

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Almaniyanın “Kayzerslautern” futbol komandasının azərbaycanlı hücumçusu Mahir Emrelinin klubdan ayrılması gözlənilir.

İdman.Biz xəbər verir ki, “Südwest24” nəşri 28 yaşlı futbolçunun “Kayzerslautern”də gələcəyinin olmadığını yazıb. Emreli ötən mövsümdə əvvəlki səviyyəsinə çata bilməyib. O, zədələr səbəbindən sabit çıxış etməkdə çətinlik çəkib və mövsümü 13 rəsmi oyun, iki qolla başa vurub.

Klub rəhbərliyinin hücumçunun gedişinə mane olmayacağı bildirilir. “Südwest24” yazır ki, Mahirin bazar dəyəri 700 min avro (1,4 milyon AZN) civarında qiymətləndirilir və buna görə yüksək transfer tələbi gözlənilmir. Onun müqaviləsi 2027-ci ilə qədərdir.

Məlumata görə, Mahir Emreli ilə bir neçə klub maraqlanır. Kiprin “APOEL Nikosiya” futbol klubu futbolçunu heyətinə qatmaq istəyir. Polşanın “Legiya Varşava” futbol klubu da solaxay hücumçunu yenidən komandada görmək variantını nəzərdən keçirir. Emreli daha əvvəl Varşava təmsilçisinin formasını geyinib.

Almaniyanın “Nürnberq” futbol klubunun da əvvəlcə maraqlı tərəflər arasında adı çəkilib. Bildirilir ki, baş məşqçi Miroslav Kloze Mahiri yenidən sərəncamında görmək istəyib. Lakin “Bild”in məlumatına əsasən, “Nürnberq” geri dönüş variantını artıq istisna edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr