AZ

Kelli rusiyalı astronavtları oğru adlandırdı

Məşhur amerikalı senator, keçmiş astronavt Mark Kelli rusların qəzəbinə tuş gəlib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Kellinin rusiyalı kosmonavtları oğru adlandırması olub. O, bu barədə Odessada keçirilən Qara Dəniz Təhlükəsizlik Forumundakı çıxışı zamanı danışıb.

Kelli bildirib ki, 15 il kosmonavt kimi çalışıb. Keçmiş astronavt rusları tənqid etdikdən sonra fikrini satirik bir deyimlə tamamlayıb və onu atalar sözü kimi təqdim edib.

"Ruslarda bir deyim var: əgər bütün günü işdə heç nə oğurlamamısınızsa, deməli, gün boşa gedib", - Mark Kelli deyib.

Seçilən
26
publika.az

1Mənbələr