AZ

Quti Arda Gülər haqda nə dedi? - ''İşlər qaydasında getmədikdə...''

İspaniya yığması və ''Real''ın sabiq qapıçısı İker Kasilyas öz ''yutub'' səhifəsində maraqlı simalardan geniş müsahibələr götürməkdə davam edir.

Onun sonuncu qonağı sabiq komanda yoldaşı Quti olub. Tam adı Xose Mariya Qutyerres Hernandes olan və futbol dünyasında Quti kimi tanınan sabiq ulduz karyerası ərzində yalnız ''Real'' və ''Beşiktaş''ın şərəfini qoruyub. Onu ''Real''ın əfsanələrindən biri də adlandırmaq olar. Madrid nəhənginin indiki ulduzlarından olan türkiyəli Arda Güləri oyun tərzinə görə Qutiye bənzədirlər.

Kasilyasın bu mövzuda verdiyi suala Quti maraqlı bir cavab verib:

''Arda Gülər mənə bənzəyirmi? Ümid edirəm ki, bənzəməz... Çünki çox yüksək səviyyəyə malikdi. Son ötürmələri əladı və ümumiyyətlə çox yaxşı oynayır. Düzdü, bir vaxtlar Quti üçün də bu sözləri söyləyənlər olurdu. Ona görə də Ardanın mənimlə müqayisə olunmasının ona fayda gətirəcəyini düşünmürəm. Nəticə etibarilə bu tip futbolçular yalnız işlər qaydasında gedərkən ''Santyaqo Bernabeu''da sevilir. İşlər qaydasında getmədikdə isə ən çox tənqid olunan futbolçuya çevrilirlər''.
Seçilən
29
football-plus.az

1Mənbələr