AZ

Pentaqon iyunda NATO-ya ABŞ-ın Avropadakı qüvvələrini azaltmaq planını təqdim edəcək

"WELT" nəşrinin yazdığına görə, ABŞ Avropanın müdafiəsindəki hərbi iştirakını gözləniləndən daha sürətlə azaltmaq niyyətindədir. Pentaqonun yüksəksəviyyəli nümayəndəsi nəşrə bildirib ki, konkret dəyişikliklər NATO-nun qüvvələrin bölüşdürülməsinə dair iyunda keçiriləcək növbəti konfransında ABŞ-ın qoşunlar və hərbi imkanlarla bağlı təklifinə daxil ediləcək.

Nəşrin həmsöhbətinin sözlərinə görə, müttəfiqlər Avropanın müdafiəsi üçün əsas məsuliyyəti "mümkün qədər tez və effektiv şəkildə" öz üzərilərinə götürməlidirlər.

"Spiegel" jurnalı daha əvvəl yazmışdı ki, Vaşinqton Avropadakı Amerika döyüş təyyarələrinin sayını təxminən üçdə bir qədər azalda bilər. "New York Times" qəzeti isə Rusiya dronunun Rumıniyanın Qalats şəhərinə zərbə endirməsi fonunda qeyd edib ki, avropalılar Ukraynadakı müharibə, Moskvadan gələn təhdidlər, Donald Trampın düşmənçilik mövqeyi və zəif iqtisadiyyat səbəbindən "daimi qorxu içindədirlər".

Oksford Universitetinin tarixçisi Timoti Qarton Eş hesab edir ki, Avropa Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır. "Prezident Donald Trampın ABŞ-ın dəstəyindən imtina etməsi Ukraynanın müdafiəsini çətinləşdirsə də, onu tamamilə iflic etmədi. Biz təcili olaraq elə bir alternativ strategiya hazırlamalıyıq ki, onun çərçivəsində Avropa silahlı qüvvələri özlərini Rusiyanın hücumundan etibarlı şəkildə müdafiə edə bilsinlər", - deyə o vurğulayıb.

S.ELAY

XQ

Seçilən
43
1
xalqqazeti.az

2Mənbələr