AZ

Rəsulzadə qəsəbəsinin problemli marşrutu yenə yenilənir

Binəqədi rayonu ilə şəhər mərkəzini əlaqələndirən 79 nömrəli marşrut xəttində sərnişinlərin narazılığına səbəb olan problemlər aradan qaldırılır. İyunun 1-dən etibarən sözügedən xətt üzrə köhnə avtobuslar yeniləri ilə əvəz olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə birləşdirən xəttə ekoloji cəhətdən təmiz, müasir CNG mühərrikli avtobuslar buraxılacaq. Ümumilikdə

16 nəqliyyat vasitəsinin fəaliyyət göstərəcəyi xəttdə hərəkət intervalı 7 dəqiqə olacaq.

Qeyd edək ki, son günlər sərnişinlər bu marşrut üzrə avtobusların gecikməsindən və axşam saatlarında tapılmamasından şikayət edirdilər. Yeni dəyişiklikdən sonra bu problemlərin həll olunacağı gözlənilir.

Yenilənən avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 AZN olaraq müəyyən edilib.

Demokrat.az
Seçilən
60
1
demokrat.az

2Mənbələr