AZ

İsrail Livanda səlibçilərin qalasını ələ keçirib

İsrail ordusu Livanda səlibçilərə aid Bofor qalasının yerləşdiyi mühüm strateji yüksəklik üzərində nəzarəti ələ keçirib.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Nazir paylaşımında orta əsrlərə aid qalanın xarabalıqları üzərində İsrailin və "Qolani" piyada briqadasının bayraqlarının dalğalandığını əks etdirən fotoşəkil yayımlayıb.

"Baş nazirin və mənim göstərişimlə İsrail Müdafiə Ordusu Livandakı əməliyyatlarını genişləndirib, Litani çayını keçib və Qalileyadakı yaşayış məntəqələrimizin müdafiəsi, eləcə də qoşunlarımızın təhlükəsizliyinin təmin olunması üçün ən mühüm strateji nöqtələrdən biri hesab edilən Bofor yüksəkliklərini nəzarətə götürüb", - deyə İsrael Kats bildirib.

Seçilən
65
13
moderator.az

10Mənbələr