Ötən mövsüm 1-ci Liqadakı mübarizəni turnir cədvəlinin 4-cü pilləsində başa vuran "Baku Sportinq" komandada əsas söz sahibi olan məşqçi Röyal Nəcəfovla vidalaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik növbəti "futbol ili" üçün büdcəni azaltmaq qərarına gəlib.
Bu səbəbdən Nəcəfov iddiasını itirən kollektivdə qalmamağı uyğun sayaraq postu ilə vidalaşıb.
Buzovna təmsilçisinin 2026/2027 mövsümündə çempionluq uğrunda mübarizə aparacağı gözlənilmir.
Nihat