AZ

Kafelərdə saatlarla oturanlara pis xəbər

Kafedə bir fincan kofe alıb saatlarla masanı məşğul edən, kompüterlə işləyən və ya kitab oxuyan müştərilər üçün artıq yeni dövr başlayır. "Dolu masa, boş kassa" problemi ilə üzləşən müəssisələr buna qarşı sərt tədbirlər görməyə hazırlaşır.

Demokrat.az xəbər verir ki, iqtisadi çətinliklər və artan xərclər fonunda Türkiyədə kafe sahibləri yeni məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

Məlumata görə, bəzi müəssisələrdə artıq kompüterlə işləmək tamamilə qadağan edilib, bəzilərində isə masada oturma müddətinə limit qoyulub. Xüsusilə iş mərkəzlərinə yaxın ərazilərdə yerləşən kafelərdə müştərilərin bir içki ilə bütün günü masanı tutması gəlirlərin ciddi şəkildə azalmasına səbəb olur. Sahibkarlar bildirirlər ki, bu vəziyyət həm yeni gələn müştərilərin yer tapmamasına, həm də dövriyyənin aşağı düşməsinə yol açır.

Yeni qaydalara əsasən, bəzi kafelərdə "vaxt limiti" tətbiq olunacaq və ya müəyyən saatlarda noutbukdan istifadəyə icazə verilməyəcək. Hətta bəzi yerlərdə elektrik rozetkalarının ləğv edilməsi və ya internet xidmətinin məhdudlaşdırılması da gündəmdədir. Bu addımların digər kafe və restoranlar arasında da sürətlə yayılacağı gözlənilir.

İsmayıl
Demokrat.az
Seçilən
36
1
demokrat.az

2Mənbələr