AZ

Göygöldə yol qəzasında şəhid anası və qardaşı xəsarət aldı ​​​​

Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

Belə ki, "BMW" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Zeynəb Cabbarova və onun oğlu, 2002-ci il təvəllüdlü Cabir Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada xəsarət alan şəxslər Vətən müharibəsi şəhidi Muraz Cabbarovun anası və qardaşıdır.

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr