AZ

PSJ Luis Enrike ilə müqavilənin müddətini uzadır

PSJ baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini uzadacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs paylaşım edib.

Onun sözlərinə görə, Paris klubu ispaniyalı mütəxəssisin müqaviləsini daha 4 il uzatmaq istəyir.

Tərəflər müqavilə ilə bağlı bütün detalları hələ Çempionlar Liqasının finalından əvvəl razılaşdırıblar. Yaxın vaxtlarda bu xəbərin rəsmən açıqlanması gözlənilir.

Seçilən
64
msport.az

1Mənbələr