AZ

Trampın qızı qəribə geyimi ilə gündəm oldu

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp növbəti dəfə xarici KİV-in gündəminə gəlib.

Publika.az xəbər verir ki, buna səbəb onun qəribə geyimini paylaşması olub. İvanka fotonu İnstaqram hesabında paylaşıb.

44 yaşlı İvanka Tramp kamera qarşısına keçərək belində kəsikləri olan, əldə tikilmiş və saçaqlarla bəzədilmiş qara donunu nümayiş etdirib. İş adamı kimi fəaliyyət göstərən İvanka donuna uyğun dəri çəkmələri də diqqət çəkib. O, bu maraqlı geyimini sadə sırğalarla tamamlayıb.

Qeyd edək ki, İvanka Tramp bundan öncə də bir neçə dəfə maraqlı geyimi və paylaşımları ilə diqqət çəkib.

Seçilən
71
publika.az

1Mənbələr