AZ

Avropada qanlı müharibə həyəcanı: Almaniya ordu rəhbərliyi Rusiyanın hücum tarixini açıqladı

Almaniya Silahlı Qüvvələrinin (Bundestaqın) baş müfəttişi, general Karsten Broyer Sinqapurda keçirilən nüfuzlu Asiya Təhlükəsizlik Sammitində ("Şanqri-La Dialoqu") bütün dünyanı sarsıdacaq hərbi xəbərdarlıqla çıxış edib.

Musavat.com xəbər verir ki, yüksək rütbəli hərbi rəsmi şəxsi analizinə və beynəlxalq hərbi ekspertlərin rəyinə əsaslanaraq, Rusiyanın bir neçə il ərzində birbaşa NATO ərazilərinə kütləvi hücum etmək iqtidarında olacağını bəyan edib. General Broyer qeyd edib ki, əldə olunan hərbi kəşfiyyat göstəriciləri Rusiyanın hərbi qüdrətini sürətlə bərpa etdiyini sübut edir və bu səbəbdən Almaniya Müdafiə Nazirliyində 2029-cu il artıq "qırmızı xətt" kimi qeyd olunub. Almaniyanın indidən ən pis ssenarilərə hazırlaşmalı olduğunu və qlobal hərbi təhlükənin tamamilə real xarakter daşıdığını bildirən baş müfəttiş, "Mən bu hücumun mütləq baş verəcəyini iddia etmirəm, lakin hərbi nöqteyi-nəzərdən biz həmin tarixə qədər maksimum dərəcədə döyüşə hazır vəziyyətə gəlməliyik.

Biz əlimizdə hansı silahların olacağını və çatışmayan hərbi resurslar olmadan ordunu necə idarə edəcəyimizi indidən dəqiq hesablamalıyıq" deyə vurğulayıb. Rəsmi Berlinin bu bəyanatı Qərb mətbuatında yaxınlaşan böyük qlobal qarşıdurmanın ən ciddi siqnalı kimi qiymətləndirilir.

Musavat.com

 

Seçilən
27
musavat.com

1Mənbələr