AZ

Dünya çempionatında iştirak etməyəcək

İsveç yığmasının müdafiəçisi Emil Holm zədələnib.

"Football-plus.az" xəbər verir ki, “Bolonya”nın oyunçusu bu səbəbdən dünya çempionatında iştirak edə bilməyəcək. Əzələsindən xəsarət alan futbolçunun bərpası üçün bir neçə həftə lazım olacaq. İsveç yığmasının iştirak ərizəsində onu “Dallas”ın oyunçusu Herman Yuhansson əvəzləyəcək.

Fevral ayından icarə əsasında “Yuventus”da çıxış edən Emil son mövsümdə 27 matça çıxaraq 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onu əvəzləyən Yuhansson isə MLS-in cari mövsümündə 14 oyunda 2 məhsuldar ötürmənin müəllifi olub.

Seçilən
26
football-plus.az

1Mənbələr