İyunun ən təhlükəli günləri məlum oldu
Astroloq Öner Döşer həm müsbət, həm də kifayət qədər gərgin keçəcəyi gözlənilən iyun ayı ilə bağlı proqnozlarını bölüşüb. Bu ay şəxsi həyatdan siyasətə qədər bir çox sahədə kəskin dönüşlərin olacağı gözlənilir.
Demokrat.az iyun ayının əsas astroloji hadisələrini təqdim edir:
Ayın müsbət hadisələri
9 iyun: Yupiter və Venera qovuşur. Bu, daşınmaz əmlak investisiyaları, ev almaq və ya köçmək üçün çox düşərli zamandır. Həmçinin ailə qurmaq və qiymətli metalların (qızıl, gümüş) dəyər qazanması üçün müsbət dövrdür.
15 iyun: Super Yeni Ay baş verəcək. Yeni kəşflər, təhsil, səyahət və məlumat mübadiləsi üçün əla fürsətlər yaranacaq.
Gərgin və təlatümlü dövrlər
28 iyundan sonra: Marsın Uranla yaxınlaşması partlayıcı və xaotik enerji yaradır. Nəqliyyat, aviasiya və rabitə sahələrində risklər arta bilər. Siyasi gərginlik və iqtisadi dalğalanmalar gözlənilir.
30 iyun: Yupiter Şir bürcünə keçir. Bu, siyasi liderlərin və nüfuzlu şəxslərin daha aktiv olacağı dövrün başlanğıcıdır. Eyni gün baş verən Tam Ay sərt iqtisadi qərarlar və işdənçıxarmaların artması ilə müşayiət oluna bilər.
Siyasi və sosial atmosfer İyun ayı sürprizlər və şok hadisələrlə dolu olacaq. Xüsusilə 6-7 və 15 iyun tarixlərində ictimai fəallığın və gərginliyin artması ehtimalı var. Daxili və xarici siyasətdə gizli qalan bir çox məsələlərin üzə çıxacağı gözlənilir.
İyunun ilk həftəsi üçün qısa baxış:
1-2 iyun: Emosional dəyişikliklər və anlaşılmazlıqlar mümkündür.
3-4 iyun: Yaradıcı ideyalar və sosial əlaqələr üçün əlverişli gündür.
5-6 iyun: Vacib qərarlar və münasibətlər üçün uyğun zamandır.
7 iyun: Gün gərgin başlasa da, axşama doğru vəziyyət düzələcək.
Ümumilikdə iyun ayı həm şəxsi, həm də qlobal miqyasda böyük dəyişikliklər və qəfil hadisələr vəd edir.
İsmayıl
Demokrat.az