AZ

İsrail qoşunları Bofort yüksəkliklərində qalacaq

Müdafiə naziri İsrael Katz yeni təhlükəsizlik zonasının yaradılması çərçivəsində İsrail qoşunlarının Livanın cənubundakı strateji Bofort yüksəkliklərində qalacağını açıqlayıb.

“Cebheinfo.az” bu barədə “Times of Israel”-ə istinadən xəbər verir.

Nazir 1982-ci il Livan müharibəsində həlak olanların xatirə mərasimində çıxışnda əraziyə nəzarəti bərpa etməyin simvolik əhəmiyyətini vurğulayıb. Katz bildirib ki, Livandakı təhlükəsizlik zonasından çəkildikdən iyirmi altı il sonra İsrail bayrağı yenidən Qalileya yaşayış məntəqələrinə baxan zirvələrin üzərində dalğalanır.

O, həmçinin qeyd edib ki, İsrail qüvvələri Bofort ərazisini geri alıb və onu Livanın cənubundakı yeni təhlükəsizlik sisteminin bir hissəsi kimi saxlayacaq:

“Qəhrəman əsgərlərimiz Bofortu geri alıb və orada qalacaqlar”.

Onun sözlərinə görə, quru əməliyyatının genişləndirilməsi və strateji mövqelərə nəzarətin məqsədi çəkindirici təsir yaratmaqdır.

O əlavə edib ki, İsrail vətəndaşlarını təhdid edən hər kəs strateji aktivlərini bir-bir itirəcək.

Seçilən
37
cebheinfo.az

1Mənbələr