Demokrat.az xəbər verir ki, bu barədə "Transfer News Live" portalı məlumat yayıb.
Gəlirin əsas hissəsi televiziya hüquqları, mərhələləri keçmək üçün verilən mükafatlar və çempionluq bonusundan formalaşıb. Klubun qazancının detallı siyahısı belədir:
Televiziya hüquqları: 34 milyon avro
Finalda iştirak: 18,6 milyon avro
Finala vəsiqə: 18,5 milyon avro
Əsas mərhələ nəticələri: 18,7 milyon avro
Yarımfinal: 15 milyon avro
Dörddəbir final: 12,5 milyon avro
1/8 final: 11 milyon avro
UEFA klub əmsalı: 11 milyon avro
Çempionluq bonusu: 6,5 milyon avro
UEFA Super Kubokunda iştirak: 4 milyon avro
Məlumata görə, PSJ son iki mövsümdə təkcə UEFA-dan 300 milyon avroya yaxın vəsait qazanıb. Bura bilet satışı və kommersiya gəlirləri daxil deyil. Görünən odur ki, Paris klubu həm meydanda, həm də maliyyə masasında böyük uğura imza atıb.
İsmayıl
Demokrat.az