AZ

Nihat Mehralıyev “Şamaxı”ya lazım olmadı – ARENA.AZ

2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Nihat Mehralıyev ilə də vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sağ cinah hücumçusu olan Nihat Mehralıyev 2025-ci ilin sentyabr ayından formasını geyindiyi “Şamaxı”da cəmi 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Gənc futbolçu əvvəllər “Qarabağ”ın ikinci komandasında da oynayıb.

“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Vladislav Veremeyev, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli və Səlim Həşimovla da vidalaşmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
86
6
arena.az

10Mənbələr