AZ

Albert Rieranı avstriyalı əvəzlədi - RƏSMİ

Frankfurt "Ayntraxt"ı yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa komandası gözlənildiyi kimi, Adi Hütterə tapşırılıb.

Bu postda Albert Rieranı əvəzləyən 56 yaşlı avstriyalı müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Hütter daha öncə 2018-ci ilin iyulundan 2021-ci ilin iyununa qədər də "Ayntraxt"ı çalışdırıb. "Bild" qəzeti 2018/2019-cu mövsümündə onu ilin məşqçisi, Frankfurt təmsilçisini ilin komandası elan edib. Sözügedən mütəxəssisin 2023-2025-ci illər aralığında "Monako"nun baş məşqçisi olub.

Nihat

Seçilən
13
fanat.az

1Mənbələr