futbolpress-az saytına istinadən ain.az xəbər verir.
Konfrans Liqasının IIII təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək “Zirə” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Futbolpress.az xəbər verir ki, klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerininin dəyişdirilməsini xahiş edib.
Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib:
*Azərbaycan Premyer Liqasının 3-cü turunun “Zirə” – “Araz Naxçıvan” oyunu təxirə salınır, komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılır. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.
*2024/25-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilir, komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.