BAKI, 31 may. TELEQRAF
Çində qanunsuz fəaliyyət göstərən mədəndə baş verən uçqun nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Hadisə ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətinin Huize rayonunda qeydə alınıb.
Xilasedicilər Bayvu kəndindəki qəza yerində dağıntılar altında qalan 6 nəfərin hamısını çıxararaq dərhal xəstəxanaya çatdırsalar da, onlardan 5-nin həyatını xilas etmək mümkün olmayıb.