AZ

İran yeraltı raket bazalarına girişi bərpa edir

ABŞ və İsrailin son hava hücumları nəticəsində zərər görmüş İranın hərbi tunellərinə girişlərin yenidən istifadəyə verildiyi bildirilir.

Turkustan.az CNN-in kommersiya peykləri vasitəsilə əldə olunan görüntülərə istinadən xəbər verir ki, İran yeraltı raket obyektlərinə çıxışın bərpası istiqamətində işlər həyata keçirir.

Məlumata görə, tunel girişlərinin yerləşdiyi ərazilərdə dağıntıların aradan qaldırılması və təmizlənməsi prosesi müşahidə olunur. Peyk görüntülərində buldozerlərin, yük maşınlarının və digər ağır texnikanın fəaliyyəti əks olunub. Bu isə İranın tamamilə məhv edilməmiş hərbi infrastrukturuna yenidən çıxış əldə etməyə çalışdığı ehtimalını gücləndirir.

CNN-in məlumatına əsasən, ABŞ kəşfiyyat orqanları İranın bəzi raket və pilotsuz uçuş aparatları ilə bağlı imkanlarını gözləniləndən daha qısa müddətdə bərpa etdiyini düşünür. Bildirilir ki, dərinlikdə yerləşən yeraltı hərbi obyektlərin yalnız hava zərbələri ilə tamamilə sıradan çıxarılması olduqca mürəkkəbdir.

Hazırda ABŞ rəsmiləri İranın hərbi potensialının hansı hissəsinin fəaliyyət qabiliyyətini qoruduğunu və zədələnmiş sistemlərin nə qədər sürətlə yenidən işə salına biləcəyini araşdırır. Mütəxəssislərin fikrincə, bu vəziyyət bölgədə onsuz da həssas olan təhlükəsizlik mühiti və atəşkəsin gələcəyi ilə bağlı yeni suallar doğurur./modern.az

Seçilən
15
2
turkustan.az

3Mənbələr