İtaliyanın "Atalanta" klubunun qapıçısı Marko Karnesekki karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər.
QOL.az xəbər verir ki, "Tutto Atalanta" nəşrinin məlumatına görə, "topçular" 25 yaşlı qolkiperi yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Məlumata görə, Berqamo təmsilçisi öz oyunçusu üçün ən azı 40 milyon avro tələb etməyə hazırlaşır.
Qeyd edək ki, Karnesekki geridə qalan mövsümdə bütün turnirlərdə 50 matça çıxaraq 56 qol buraxıb və 17 oyunda qapısını toxunulmaz saxlayıb. İtaliyalı qolkiperin klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.