Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İbrahim Əzizi: “Tehran özünü ABŞ ilə qarşıdurmada qalib hesab edir”
“Tehran özünü ABŞ ilə qarşıdurmada qalib hesab edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.
"Biz özümüzü bu qarşıdurmada qalib hesab edirik və İran bu müharibənin qalibidir. Qaliblərə isə şərtlər diktə edilmir və ya nə etməli olduqları deyilmir", - Əzizi vurğulayıb.
Onun sözlərinə görə, "qalib tərəfə məğlub kimi davranılmır."
Qeyd edək ki, bu gün "The New York Times" qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın İranda müharibəyə son qoymaq üçün potensial razılaşmanın şərtlərini sərtləşdirdiyini və Tehrana yenilənmiş sənəd göndərdiyini yazıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.