Mütəxəssislər xəbərdarlıq edir ki, ağ çörəkdən hazırlanan tostlar, hazır paketlənmiş sıyıqlar və şəkərli meyvə şirələri qan şəkərini sürətlə yüksəldir. Bu ani artım bədəndə insulin ifrazını artırır və qısa müddət sonra şəkərin sürətlə düşməsinə gətirib çıxarır. Nəticədə insan hələ günün ilk saatlarında yuxululuq, baş ağrısı və konsentrasiya problemi ilə üzləşir.
Bütün günü gümrah keçirmək üçün zülal və sağlam yağlarla zəngin qidalara üstünlük verilməlidir. Yumurta, pendir, zeytun və qoz kimi klassik məhsullar qan şəkərini sabit saxlayır. Bu cür qidalanma həm toxluq hissini uzadır, həm də zehni performansı qorumağa kömək edir.
İsmayıl
Demokrat.az
4Mənbələr
-
demokrat.azGünün yorğunluğu səhər qidalanmasından asılı imiş ( 29079463)
-
demokrat.azGünün yorğunluğu səhər qidalanmasından asılı imiş ( 29079454)
-
demokrat.azSəhər yeməyində bu səhvi edənlər gün boyu yorğun gəzir ( 29052925)
-
demokrat.azSəhər yeməyində bu səhvi edənlər gün boyu yorğun gəzir ( 29052919)