AZ

Günün yorğunluğu səhər qidalanmasından asılı imiş

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər yeməyində tez-tez yol verilən xətalar gün ərzində yorğunluq və diqqət dağınıqlığına səbəb olur. Xüsusilə işə və ya dərsə tələsərkən seçilən praktik qidalar əslində bədənin enerji balansını alt-üst edir.Mütəxəssislər xəbərdarlıq edir ki, ağ çörəkdən hazırlanan tostlar, hazır paketlənmiş sıyıqlar və şəkərli meyvə şirələri qan şəkərini sürətlə yüksəldir. Bu ani artım bədəndə insulin ifrazını artırır və qısa müddət sonra şəkərin sürətlə düşməsinə gətirib çıxarır. Nəticədə insan hələ günün ilk saatlarında yuxululuq, baş ağrısı və konsentrasiya problemi ilə üzləşir.Bütün günü gümrah keçirmək üçün zülal və sağlam yağlarla zəngin qidalara üstünlük verilməlidir. Yumurta, pendir, zeytun və qoz kimi klassik məhsullar qan şəkərini sabit saxlayır. Bu cür qidalanma həm toxluq hissini uzadır, həm də zehni performansı qorumağa kömək edir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
demokrat.az

4Mənbələr