AZ

Arsenal ın penaltini qaçıran mərkəz müdafiəçisi azarkeşlərə müraciət etdi

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Arsenal"ın mərkəz müdafiəçisi Qabriel Maqalyans UEFA Çempionlar Liqasının finalındakı məğlubiyyətdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Topçular" penaltilər seriyasında PSJ-yə 3:4 hesabı ilə məğlub olublar.

Braziliyalı futbolçu penaltilər seriyasında hesab 4:3 Paris təmsilçisinin xeyrinə olarkən beşinci zərbəni yerinə yetirib, lakin topu qapıdan yayındırıb.

"Bu, çox ağrılıdır. Lakin komandamızla və bu mövsüm birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm. Hər addımda bizə göstərdiyiniz dəstəyə görə inanılmaz azarkeşlərimizə təşəkkür edirəm. Siz bu səyahəti bizimlə birlikdə qeyd etməyə və bu gün keçiriləcək paradda sevinməyə layiqsiniz. Növbəti mövsümdə görüşənədək", - deyə Maqalyans paylaşımında yazıb.

Xatırladaq ki, "Arsenal" İngiltərə Premyer Liqasındakı uğurunu qeyd etmək məqsədilə parad keçirəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr