AZ

Fransada saxlanılanların sayı 780 nəfərə çatıb

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Fransada PSJ-nin UEFA Çempionlar Liqasının finalında "Arsenal" üzərində qələbəsindən sonra baş verən iğtişaşlar zamanı polisin azarkeşlərə münasibəti sərt olub.

Milli.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Parisdə və digər şəhərlərdə təhlükəsizlik qüvvələri iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib, bəzi yerlərdə izdiham dağıdılıb və küçələrdə xüsusi polis qüvvələri yerləşdirilib. Polis avtomobillərin yandırılması, mağazalara ziyan vurulması, fişənglərin polisə atılması və barrikadaların qurulmasına müdaxilə edib.

Qeyd edilir ki, Fransa hökuməti iğtişaşlardan əvvəl geniş təhlükəsizlik planı tətbiq etmişdi. Paris və ətrafında təxminən 22 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunub. Buna baxmayaraq, bəzi qruplar mağazalara ziyan vurub, avtomobilləri yandırıb və polis bölməsinə daxil olmağa cəhd göstərib.Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
news.milli.az

1Mənbələr