"Ermənistanın Rusiyadan başqa heç bir qazı olmayacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Vesti" telekanalına müsahibəsində bildirib:
"Biz qaz bazarındakı vəziyyətlə çox tanışıq. Orada Rusiyadan başqa heç bir qaz olmayacaq. Yeganə sual Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçidən ödəyəcəyidir. Ermənistanda vəziyyət çox çətin olacaq və biz bunu istəmirik".
Onun sözlərinə görə, Avropa hələ də Rusiya qazını alır.
"Ona görə də onlar sadəcə xəritəyə baxmalıdırlar. Hazırda orada fəaliyyət göstərən boru kəmərlərinə baxın və onlar dərhal Rusiya qazını haradan alacaqlarını görəcəklər. Əlbəttə ki, 30% ixrac rüsumu nəzərə alınmaqla, bunun bazar qiyməti olacağını nəzərə alınmaqla və vasitəçilərin də mənfəətdən öz paylarını istəyəcəklərini nəzərə alınmaqla", - deyə Overçuk qeyd edib.