AZ

Netanyahu Livanda quru əməliyyatının genişləndirilməsi barədə göstəriş verib

BAKI, 31 may. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə ordusuna Livanda həyata keçirilən quru əməliyyatını genişləndirməyi tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yaydığı bəyanatda bildirilib.

Netanyahu qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Litani çayını keçərək Bofor silsiləsinə nəzarəti ələ keçirib.

"Livandakı əməliyyatın genişləndirilməsi barədə göstəriş vermişəm. Qüvvələrimiz Litani çayını keçib və Bofor silsiləsini nəzarətə götürüb. İndi isə məqsədimiz əvvəllər "Hizbullah"ın nəzarətində olan ərazilər üzərində nəzarəti daha da dərinləşdirmək və genişləndirməkdir", - deyə İsrail hökumət başçısı bildirib.

Netanyahu vurğulayıb ki, İsrail ordusu eyni vaxtda bir neçə istiqamətdə, o cümlədən Suriya, Qəzza zolağı və Livanda fəaliyyət göstərir.

Onun sözlərinə görə, İsrail sərhədlərindən kənarda təhlükəsizlik zonaları yaradaraq yaşayış məntəqələrinin müdafiəsini gücləndirməyə çalışır.

Seçilən
43
teleqraf.com

1Mənbələr