ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona” rəhbərliyi “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun transfer qiymətini maksimum dərəcədə aşağı salmaq üçün “hiyləgər plan” hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “göy-qırmızılılar” yay transfer pəncərəsi boyunca Reşfordun transferi ilə bağlı danışıqları qəsdən uzatmağı planlaşdırırlar. Katalonlar ümid edir ki, vaxt azlığı “qırmızı şeytanlar”ı geri addım atmağa və maliyyə məsələlərində ciddi güzəştə getməyə məcbur edəcək.
Plana əsasən, “Barselona” futbolçunun tam transfer hüquqlarının alınması üçün danışıqların aktiv mərhələsinə yalnız yayın sonlarında – transfer pəncərəsinin bağlanmasına az qalmış qayıdacaq. Bu gecikdirmə həm də La Liqa rəhbərliyinin klubun üzərindəki maliyyə məhdudiyyətlərini tamamilə ləğv etməsini gözləmək məqsədi daşıyır.
İddialara görə, İspaniya klubu transfer üçün “Mançester Yunayted”ə cəmi 15 milyon avro təklif etmək istəyir. Mançester təmsilçisi isə ulduz futbolçu üçün minimum 30 milyon avro tələb edir.
Xatırladaq ki, katalonlar bundan öncə “Nyukasl”dan 70 milyon avroya Entoni Qordonun transferini rəsmiləşdirmişdilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.