AZ

"Yuventus"dan gözlənilməz addım: David de Xea gündəmdədir

İtaliyanın "Yuventus" klubu yay transfer pəncərəsində qapı xəttini gücləndirmək üçün gözlənilməz namizədə üz tutub.

Fanat.Az "GOAL" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi "Liverpul"un qolkiperi Alisson Bekkerin transferində çətinliklərlə üzləşdikdən sonra diqqətini David de Xeaya yönəldib.

"Fiorentina"dakı performansı ilə yenidən diqqətləri üzərinə çəkən sabiq "Mançester Yunayted"li qapıçı "Yuve" üçün ən real varianta çevrilib.

"Liverpul" rəhbərliyi braziliyalı qapıçı Alissonu komandada saxlamaq istədiyini kəskin şəkildə bəyan etdiyi üçün "qoca sinyora" bu keçidə ciddi maraq göstərir.

Seçilən
3
1
fanat.az

2Mənbələr