AZ

PSJ-yə görə Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb

Fransada ötən gecə Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra bir neçə şəhəri bürüyən iğtişaşlar zamanı polis tərəfindən saxlanılan şəxslərin sayı 780-ə çatıb.

Bu barədə ölkənin daxili işlər naziri mətbuat konfransında bildirib.

Bu göstərici 2025-ci illə müqayisədə 32 faiz çoxdur. İğtişaşlar və qarşıdurmalar zamanı hüquq-mühafizə orqanlarının 57 əməkdaşı xəsarət alıb.

PSJ-nin UEFA Çempionlar Liqasındakı ardıcıl ikinci qələbəsindən sonra Parisdə genişmiqyaslı bayram tədbirləri start götürüb.

Parisin 15-ci dairəsinin meriyasının məlumatına görə, tədbirlərdə təxminən 100 min nəfərin iştirakı gözlənilir. Klubun öz proqnozlarına əsasən isə azarkeşlərin sayı 85–90 min arasında olacaq.

Futbolçuların azarkeşlərlə görüşü görüş Parisin məşhur stadionu olan “Parc des Princes”də keçiriləcək.

PSJ futbolçularının paytaxta qayıdışı və planlaşdırılan bayram tədbirləri ilə əlaqədar Parisdə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Paris Polis Prefekturasının açıqlamasına görə, şəhərdə asayişin qorunmasına təxminən 6 min polis və jandarm cəlb olunub.

AzPost.az

Seçilən
54
2
azpost.info

3Mənbələr