AZ

Kreml Putinin yeni planlarını açıqladı

İyunun 1-də, Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Rusiya Prezidenti Vladimir Putin doqquz çoxuşaqlı ailəyə "Qəhrəman ana" və "Valideyn şöhrəti" ordenlərini təqdim edəcək.

Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Məlumata görə, 2008-ci ildən təsis edilən "Valideyn şöhrəti" ordeni yeddi və daha çox uşaq böyüdən, onların sağlamlığı, təhsili və hərtərəfli inkişafı ilə məşğul olan valideynlərə verilir.

Bundan başqa, on və daha çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara dörd il əvvəl bərpa edilmiş "Qəhrəman ana" fəxri adı və eyniadlı orden verilir.

Seçilən
4
publika.az

1Mənbələr