İran Fars körfəzindəki Cənubi Pars yatağının üç dəniz platformasında qaz hasilatını bərpa edib.
"Unikal" xəbər verir ki, Pars Neft və Qaz Şirkətinin baş direktoru bu barədə İran dövlət mediasına verdiyi müsahibədə bildirib.
İsrailin hücumlarından sonra istehsal dayandırılıb. Şirkətin baş direktorunun sözlərinə görə, platformalara zərər dəyməyib.
Cənubi Pars qaz yatağı Fars körfəzində yerləşən dünyanın ən böyük təbii qaz yatağıdır. Bu, İran üçün strateji enerji bazasıdır və dünya təbii qaz ehtiyatlarının təxminən 8%-ni təşkil edir.
Yataq dəniz sərhədi ilə bölünür: şimal hissəsi Qətərin ərazi sularında, cənub hissəsi isə İran sularında yerləşir.