Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
U-17 millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək."Football-plus.az" xəbər verir ki, millimiz iyunun 1-dən 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.Hazırlıq çərçivəsində yığmamız Qazaxıstanın U-17 millisi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. İlk oyun 6 iyunda, ikinci görüş isə 9 iyunda keçiriləcək. Hər iki matç saat 17.30-da start götürəcək.Milliyə dəvət edilən futbolçular: Bilal Hacıyev, Cavidan Babayev, Roman Fərzəli, Vaqif Nəbiyev, Mehdi Hüseyn, Əhəd Hacızadə, Tunar Əsgərzadə, Əli Bəşirov, Daniil Rəcəbov (hamısı “Qarabağ”), Cihad Sadıqov, Harun Nur Kərim, Vaqif Məmmədli, Nihad Hüseynzadə, Cəfər Cəfərzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov (hamısı “Sabah”), Ruslan Quliyev, Şikar Şikar, Sultan Orucov (hamısı “Neftçi”) Rəsul Balakişiyev, Nicat Əhmədzadə (hər ikisi “Marcet”, İspaniya) Ülvi Abbaslı (Sumqayıt), Nazim Əliyev (“Srvena Zvezda”, Serbiya).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.