AZ

“Ya razılaşma olacaq, ya da hərbi yol” - Tramp

Bu gün ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı növbəti sərt açıqlamalar verib.

"Unikal" xəbər verir ki, Trampın sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı mövqeyi dəyişməyib və prosesin nəticəsi iki ssenaridən birinə gətirib çıxaracaq: “Ya çox uğurlu bir razılaşma əldə edəcəyik, ya da geri qayıdıb bunu hərbi yolla həll edəcəyik”.

ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik olduğunu da deyib. Onun sözlərinə görə, əvvəllər İran rəsmiləri yalnız nüvə silahı hazırlamadıqlarını bildirirdilər: “Əvvəl deyirdilər ki, nüvə silahı hazırlamırıq. Mən isə soruşurdum: Bəs nüvə silahı əldə etsəniz nə olacaq?”.

Tramp əlavə edib ki, hazırda İranın mövqeyi daha fərqli şəkildə ifadə olunur: “İndi deyirlər ki, hərbi məqsədli silah hazırlamırıq və ya əldə etməyəcəyik. Bu, böyük fərqdir”.

Seçilən
49
1
unikal.az

2Mənbələr