AZ

İran Fars körfəzində qaz hasilatını bərpa edib

“Cənubi Pars” yatağındakı üç dəniz platformasında hasilat İsrail zərbələrindən sonra yenidən işə salınıb...

İran Fars körfəzində yerləşən “Cənubi Pars” qaz yatağının üç dəniz platformasında qaz hasilatını yenidən bərpa edib. B

Poliqon xəbər verir ki, bu barədə Pars Oil and Gas Companynin baş direktoru İranın dövlət mediasına müsahibəsində məlumat verib.

Məlumata görə, hasilat daha əvvəl İsrail zərbələrindən sonra dayandırılmışdı. Şirkət rəhbəri bildirib ki, platformalar hücumlar nəticəsində zərər görməyib və fəaliyyətin bərpası mümkün olub.

“Cənubi Pars” yatağı Fars körfəzinin şelfində yerləşən və dünyanın ən böyük təbii qaz yatağı hesab olunan strateji enerji mənbələrindən biridir. Bildirilir ki, yataq dünya üzrə ümumi təbii qaz ehtiyatlarının təxminən 8 faizini təşkil edir və İranın enerji təhlükəsizliyi və ixrac potensialı baxımından mühüm əhəmiyyət daşıyır.

Yataq dəniz sərhədi ilə iki hissəyə bölünüb. Onun şimal hissəsi Qətərın ərazi sularında, cənub hissəsi isə İranın nəzarətində yerləşir.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr