Roma Papası Fransisk "Angelus" duası zamanı dünyada yaşanan problemlərə toxunaraq, qütbləşmənin və bir-birinə qarşı nifrətin dağıdıcı təsirinə diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Papanın sözlərinə görə, hər bir insan birliyə, ünsiyyətə və dialoqa ehtiyac duyur:
"Tanrının həyatı ecazkardır; o, bizim çox vaxt narahat olan qəlbimizə sülh bəxş edir və bizə Ruhun sevinci ilə qardaş-bacılarımızla görüşməyi nəsib edir".