AZ

Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi

style='margin-bottom:10px;'>

PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi olmaqla tarixi uğura imza atıb.

QOL.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, bu çempionluqdan sonra Hakimi karyerası ərzində ümumilikdə 19 titul qazanaraq tarixin ən çox kubok qazanan afrikalı futbolçusu adına sahib çıxıb. Bununla da o, indiyədək 18 titulla reytinqə liderlik edən Kamerun millisinin sabiq hücumçusu Samuel Eto'O-nu geridə qoymağı bacarıb.

Qeyd edək ki, mərakeşli müdafiəçi Paris təmsilçisinin heyətində fəaliyyəti dövründə 5 dəfə Fransa çempionu olub, 2 dəfə ölkə kubokunu və 3 dəfə milli Superkuboku başı üzərinə qaldırıb. Hakimi PSJ ilə həmçinin 2 dəfə Çempionlar Liqasının və 1 dəfə UEFA Superkubokunun qalibi olub. 

Seçilən
57
1
teleqraf.com

2Mənbələr