AZ

Roza Zərgərli Kadırovla görüşdü - FOTO

Tanınmış müğənni Roza Zərgərli Çeçenistanın prezidenti Ramzan Kadırovla görüşüb.

Ölkə.az xəbər verir ki, bu barədə müğənni öz “Instagram” səhifəsində məlumat verib.

“Çeçenistan Respublikasına və Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırova səmimi qarşılamalarına, incəsənətə dəstəyinə və Azərbaycan musiqisinə olan sevgilərinə görə səmimi qəlbdən minnətdaram. Bu, mənim üçün böyük şərəf və xüsusi bir xəzinədir. Bu gözəl konsertin təşkilində bizə və komandamıza dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm. Səmimi qarşılama, səmimi hisslər və inanılmaz enerji üçün gözəl çeçen tamaşaçılarına xüsusi təşəkkür edirəm. Sevginiz və dəstəyiniz bu axşamı həqiqətən unudulmaz etdi. Bizimlə olan hər kəsə təşəkkür edirəm. Növbəti görüşə qədər”, - müğənni yazıb. (lent.az)

Seçilən
51
7
olke.az

10Mənbələr