AZ

Siqaretin qiymətinin artırılması üçün 50 min imza toplandı

İtaliyada siqaret və nikotin tərkibli məhsulların qiymətinin 5 avro artırılmasını nəzərdə tutan qanun layihəsinə dəstək üçün vətəndaş təşəbbüsü ilə 50 min imza toplanıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliya Tibbi Onkologiya Assosiasiyası (Aiom), Airc Fondu və Umberto Veronesi Fondu birgə məlumat yayıb.

Bildirilib ki, hazırda sənəd parlamentdə müzakirəyə çıxarılmalıdır.

"Siqaretə qarşı 5 avro" kampaniyasının təşkilatçıları – İtaliya Tibbi Onkologiya Assosiasiyası (Aiom), Airc Xərçəng Araşdırmaları Fondu və Umberto Veronesi Fondu təşəbbüsün cəmi 4 ay ərzində bu nəticəyə çatmasından qürur duyduqlarını bildiriblər. Təşkilatçılar parlamentdən bu təklifi təcili müzakirə edərək təsdiqləməyi xahiş ediblər.

Gələn ilin yanvarından etibarən bütün tütün və nikotin məhsullarının satış qiymətindən asılı olmayaraq, mövcud vergilərə əlavə olaraq 5 avro məbləğində xüsusi aksiz vergisi tətbiq ediləcək.

Seçilən
64
publika.az

1Mənbələr