Göyçayda əsən külək daha bir fəsada yol açıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, güclü küləyin törətdiyi digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Belə ki, iri gövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq hasarda ciddi dağıntılar əmələ gətirib. Hadisə nəticəsində evə yaxın ərazidə təhlükəli vəziyyət yaransa da. xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məlumata görə, güclü külək rayonun bir neçə ərazisində elektrik xətlərinə o cümlədən, yaşıllıqlara da zərər vurub. Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, aşmış ağacların yollardan və yaşayış məntəqələrinin ətrafından götürülməsi istiqamətində işlər davam etdirilib.
Davud Tarverdiyev / Metbuat.az