AZ

Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO

Almaniyalı turistin yaponiyalı sevgilisi ilə birgə Azərbaycana səfəri zamanı xoşagəlməz hadisə yaşanıb.

 

Bu barədə onlar öz sosial şəbəkə hesablarında paylaşım ediblər.

 

Belə ki, əcnəbi cütlük Azərbaycanın rayonlarından birindən keçərkən yaşlı bir kişi avtomobilini saxlayaraq onlarla söhbət etməyə çalışıb. Daha sonra o, xanıma yaxınlaşaraq əli ilə sinəsinə toxunmağa cəhd edib.

 

Bu kadrlar turistlər tərəfindən lentə alınıb və onlar polisə şikayət ediblər.

 

Oxu.az-ın əldə etdiyi məlumata görə, mayın 27-də Hacıqabul rayonu ərazisində turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar. Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Turistlərin əlavə hər hansı şikayəti olmayıb.

 

Tarix: 31 May 2026, 23:25   
Seçilən
40
13
pravda.az

10Mənbələr