“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələn mövsüm “Barselona”ya transfer olmağa razılıq verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Məlumata görə, transfer prosesi yekunlaşma mərhələsində olsa da, hələ tam rəsmiləşməyib. Klub 31 yaşlı futbolçu ilə tam razılığa gəlib. “Barselona”nın idman direktoru və prezidenti futbolçunu komandada görmək istəyir, Silva isə digər Avropa klublarının marağına baxmayaraq, Kataloniya klubuna üstünlük verib.
Onun xidmətində Madrid “Atletiko”su, “Benfika”, həmçinin Türkiyə, Fransa, İtaliya və Səudiyyə Ərəbistanı klubları da maraqlı olub.
Bununla belə, transfer “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin təsdiqindən sonra rəsmiləşəcək.
Qeyd edək ki, Silvanın “Mançester Siti” ilə müqaviləsi 30 iyunda başa çatır. O, 2017-ci ildən bu klubda çıxış edir. Cari mövsümdə futbolçu 53 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.