“Mançester Yunayted”in sabiq qapıçısı Edvin van der Sar klubun 2025-ci ilin yay transfer kampaniyası ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, o, bu barədə "talkSPORT"a açıqlamasında danışıb.
“Qol vurma baxımından Mbüemo, Kunya və Şeşkonun transferi ilə “Mançester Yunayted” daha çox sabitlik, daha çox dayanıqlılıq qazandı. Daha yetkin oyunçular gəldi, əvvəl isə daha çox gənclərə üstünlük verilirdi.
Düşünürəm ki, bu yay da eyni yanaşma olacaq. Klub İngiltərə Premyer Liqasına baxaraq boşluqları doldura biləcək oyunçuları tapmağa çalışacaq və hər il səviyyəni yüksəltməyə fokuslanacaq”, – deyə van der Sar bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” 2025/2026 mövsümünü 71 xal toplayaraq İngiltərə Premyer Liqasında 3-cü pillədə başa vurub.