AZ

"Real Madrid"də Arda Güler qərarı

Londonun "Çelsi" klubunun baş məşqçisi Xabi Alonso transfer bazarında böyük səs-küy yaradacaq bir addım atmağa hazırlaşır.

Fanat.Az "365scores" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Real Madrid"in gənc ulduzu Arda Gülerin transferini yay planlarında əsas prioritet statusuna gətirib.

Alonso rəhbərlik etdiyi London təmsilçisinin hücum xəttini yaradıcı və texniki cəhətdən üstün olan türk futbolçu ilə gücləndirmək niyyətindədir.

Lakin "kral klubu" 100 milyon avro transfer dəyəri qoyulan gənc istedadı "zadəganlar"a satmaqdan qəti şəkildə imtina edir. İspaniya nəhənginin bu kəskin mövqeyindən sonra ulduz çalışdırıcının Arda Güleri "Stemford Bric"ə gətirməyə müvəffəq olub-olmayacağı dünya idman mətbuatında böyük maraqla gözlənilir.

Seçilən
2
fanat.az

1Mənbələr